Hədiyyəlik verilən qızıl-zinyət əşyası geri alına bilərmi?

SOSİAL
18:39 / 10.10.2024
257

Hit.az “Hüququmuzu bilək” rubrikasında növbəti suala cavab verir.

Boşanma zamanı qızıl əşyalar tələb edilə bilərmi?

Mövzu ilə bağlı Hit.az-a danışan hüquqşünas Adil Piriyev bildirib ki, hədiyyəlik verilən qızıl sübut olunarsa, tələb edilə bilər:

“Əgər qızıl əşyaları nikah dövründə kapital qismində alınmayıbsa, pay verilibsə, həmin şəxsin mülkiyyəti hesab olunur. Nikah pozulduqdan sonra xanım qızıl əşyalarını götürməyibsə, onların hədiyyə olduğunu sübut etməlidir. Sübut edərsə, hədiyyə qismində verilmiş qızıl-zinyət əşyaları məhkəmə qaydasında qaytarılır. Və yaxud qızıllar xanımın xəbəri olmadan satılıbsa, qiymətləndirmə işləri aparılır, pul tələb edilir”.

Murad
 

0