Hit.az “Hüququmuzu bilək” rubrikasında növbəti suala cavab verir.
Qulluq etmə staja daxil edilir?
Mövzu ilə bağlı Hit.az-a danışan hüquqşünas Aygün Piriyeva bildirib ki, bəzi hallarda qulluq staja daxil edilir:
“Əmək pensiyaları haqqında qanunun 21-ci maddəsinə əsasən, orqanizmin funksiyalarının 80-100 faiz pozulmasına görə və ya 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxsə, habelə ahıllara yəni, yaşı 70-ə çatmış şəxslərə qulluq edilmə müddəti staja daxil edilir”.
Murad