32 ildən sonra Laçın şəhərində toy sədası eşidilib - VİDEO

SOSİAL
12:25 / 13.10.2024
259

32 ildən sonra Laçın şəhərində ilk dəfə toy sədaları eşidilib.

Burada sonuncu toy 1992-ci ildə, işğaldan bir neçə gün əvvəl baş tutmuşdu.

Bəy Niyazi Məmmədov təəssüratlarını Baku TV ilə bölüşüb: "Ağlıma belə gəlməzdi ki, bir gün öz doğma torpağımızda mənə toy qismət olacaq, şəhərimizin ilk toyu mənə qismət olar".

Bəyin atası Zöhrab Məmmədov isə deyib: "Gözəl Laçınımızdayıq. Bu gün mənim böyük oğlumun toyudur. Allahın bu gününə şükür! Laçına gəlib toy edəcəyimiz ağlımıza gəlmirdi. Yuxularda gördüyümüz bir şey idi".

Ətraflı süjetdə:

0