“Övladımın xətrinə dözüm oturum” düşüncəsi ilə yaşamaq yanlışdır

SOSİAL
18:38 / 14.10.2024
219

“Övladımın xətrinə dözdüm”, “sənə görə həyatımı qurban verdim”, “bütün günü işləyirəm ki, sən yaxşı olasan” bu kimi minnət dolu sözləri əksər valideynlər övladına deyir. Ancaq bu fikirlər uşaqlarda travmaya səbəb olur.

Psixoloq Aynur Əliyeva Hit.az-a deyib ki, inkişaf körpəlikdən başlayır, şiddətə meyillilik də uşaqlığdan gələn bir travmadır:

“İnsanların etdiyi ən böyük səhvlərdən biri də “övladımın xətrinə dözüm oturum” düşüncəsi ilə yaşamaqdır. Bu cür ailədə böyüyən uşaqlar, cəmiyyətə və özünə yararsız, hətta özgüvən əksikliyi hiss edir. Valideyn ailəsinin dağılmamasında, atasına dözüb qalmasında övladını günahlandırır. “Sənə görə atandan ayrılmadın”. Bunu uşaq istəməyib, o belə bir təklifdə istəkdə olmayıb ki, valideyn onun başına qaxınc etsin. Cütlüklər yol getmirsə, bu münasibət uşağın həyatına mənfi təsir edirsə, elə vaxtında ayrılsalar daha yaxşı olar. Uşaqda gələcəkdə ana və ya atasının əziyyət çəkməsində özünü günahkar bilməz. Nəzərə almaq lazımdır ki, uşaqların heç bir günahı yoxdur. Onların günahı olmaya-olmaya onları ittiham etmək düzgün deyil”.

Sevinc

0