Boşanmaların bir səbəbi - cütlüklərin dünya görünüşünün fərqli olması

SOSİAL
20:19 / 15.10.2024
277

Azərbaycanda boşanmaların sayı ildən-ilə artır. 

Bunu rəsmi rəqəmlər təsdiq edir.

Boşanmaların artmasına səbəb kimi müxtəlifdir amillər göstərilir. 

Bir qisim ekspertlər hesab edir ki, boşanmaların artmasının bir səbəbi cütlüklər arasında dünya görüşünün fərqli olmasıdır.

Sosioloq Fatimə Hacıbəyli Hit.az-a deyib ki, ailə quracaq  şəxsi yaxından tanımaq çox vacibdir:

 “Ailə quracağın şəxsin mədəniyyəti ilə sənin mədəniyyətinin üst-üstə düşməsi də vacib məsələlərdəndir. Bu məsələdə yüz ölçüb-bir biçmək lazımdır. Zahiri görünüş, boy, çəkinin uyğunluğu çox əhəmiyyətli sayılır. Amma zahiri görünüşdən daha çox daxili aləmə önəm vermək lazımdır. Bəli, bu gün cütlüklərin ayrılmasının səbəbi onların fərqli dünyaya sahib olmasıdır. Qadın şeirdən, ictimai hadisələri müzakirəyə etməyi xoşlayır, kişi isə bənnalıq, usta işi, domino, meyxanadan danışır. Təbii ki, ortaq fikir üst-üstə gəlməyəndə cütlüklər bir-birindən uzaqlaşır. Zamanla həmin cütlüklər bir-birləri üçün uyğun olmadığını fərqinə varır və ayrılmağı seçir”.

Sevinc

0