Bəylərin erkən yaşda ailə qurmasının səbəb nədir?

SOSİAL
20:58 / 16.10.2024
269

Erkən evlilik deyəndə, azyaşlı qızların tez yaşda ərə verilməsi yada düşür. Ancaq belə deyil. 18 yaşı yenicə tamam olan və ya tamam olmamış bəylərdə erkən yaşda ailə qurur.

18 yaşa çatmamış və ya yenicə 18 yaşı tamam olan bəyləri erkən ailə qurmağa vadar edən səbəblər nədir?

Sosioloq Fatimə Hacıbəyli Hit.az-a deyib ki, orta məktəbi yenicə bitirən oğlanların ailə qurmasının müxtəlif səbəbləri var:

"Bəzi oğlanlar düşünür ki, hərbi xidmətə yollanmazdan öncə sevdiyi qızla mütləq ailə qurub, onu ailəsinin yanına gətirməlidir. Yəni, oğlan əsgərlikdə olduğu müddət ərzində qızın ailəsi onu heç kimə ərə verməsin. Bəylərin erkən yaşda ailə qurması səbəbləri sırasında valideyn istəyi də dayanır. Bəylərin erkən yaşda ailə sahibi olması ona gələcək həyatında müəyyən problemlər yaradacaq erkən evlənmək həm sosial, həm də ictimai münasibətlərə mənfi təsir göstərir. İstər qız, istərsə də oğlanların erkən yaşda ailə qurmaq istəyinə qarşı çıxmaq lazımdır. Orta məktəbi bitirən gənc evlənərsə, onun təhsili və karyerası sual altında olur. Həmin gəncin gələcək həyatı yalnız ailə qayğısı və övladlarını böyütməkdən ibarət olur".

Sevinc
 

0