Son dövrlər ölkədə baş verən cinayət hadisələrini müşahidə etsək, əksəriyyətinin alkoqol təsiri ilə olduğunu görürik.
Hətta bəzi cinayətlər var ki, alkoqol təsiri ilə affekt vəziyyətdə törədildiyi üçün həmin şəxsə cəza verilmir.
Maraqlıdır, alkoqol insan düşüncələrini nə dərəcədə dəyişir?
Sosial həyata hansı təsirləri var?
Bu barədə Hit.az-a açıqlama verən narkoloji sosioloq Fidan Ataxanlı deyib ki, alkoqol asılılığı zamanı insan gündəlik işlərini yerinə yetirə bilmir:
“Spirtli içki təsirində olan zaman xırda bir söz həmin insanda aqressiya yarada bilər. Aqressiv davranışlar cinayət əməlli ilə nəticələnir. Bundan başqa, spirtli içkinin təsirində boğulma, yıxılma, hətta intihar cəhdləri də təcrübədə görülüb. İnsan ayıq olduğu zamandakı kimi düşünə bilmir. Alkoqollu insanlar hər şeyi xəyal gücü ilə düşünürlər. Bu da tək həmin şəxsə yox, cəmiyyətə də öz təsirini göstərir. Alkoqol istifadə çox zaman cinayət əməli törətməsə də, mübahisələrə, davalara, zorakılıq davranışları ehtimalını artırır. Spirtli içki normal beyin fəaliyyətini pozur. Qərarvermə və implusların idarə edilməsi ilə bağlı mərkəzin işini məhdudlaşdırır. Bu səbəbdən etdiyi hərəkətləri dərk etmir. Spirtli içkinin təsiri keçdikdən sonra etdiyi səhvləri anlayır. Spirtli içki həm də insanda cəsarət hormonlarını artır”.
Murad