Kreditlə plastik əməliyyat etdirənlər...

SOSİAL
19:13 / 18.10.2024
38

Bir vaxtlar gözəllik ondur, doqquzu dondur deyərdilər, indi isə gözəllik qurban tələb edir deyirlər. 

Elə bu səbəbdəndir ki, plastik əməliyyatlara maraq göstərənlərin sayı durmadan artır.  

Psixoloq Könül İsmayılova Hit.az-a deyib ki, özgüvənsizliyi olan, özünü qəbul etməyən, özünü sevməyən insanlar daha çox bu yollara əl atırlar:

“Hətta iş o həddə çatdı ki, maddi imkanı olmayanlar bu işi kredit üsulu ilə həll etməyi belə gözə alırlar. İnsanlarda bu kompleks o qədər dərinləşir ki, o qədər öz şəxsiyyətlərini qəbul edə bilmirlər ki, kreditə yaxud da digər yollara əl atırlar ki, bu həzzi ala bilsinlər. Baxırsan bu insanın əvvəlki vəziyyəti, görünüşü plastik əməliyyatdan öncə daha yaxşı idi. Filankas əməliyyat etdirdi, məndə etdirim prinsipi bizim millətin axırına çıxacaq”.

Sevinc
 

0