Boşanmalarla bağlı maraqlı statistika açıqlanıb.
Dövlət Statistika Komitəsinin məlumatına görə 60 və daha yuxarı yaş qrupundan olan kişilərdə 693, 54-59 yaş qrupundan olan kişilərdə 723, 50-54 yaş qrupundan olan kişilərdə isə 1111 boşanma halı qeydə alınıb.
50-54 yaş aralağında olan qadınların boşanma sayı 699, 54-59 yaş qrupundan olan qadınlarda 418, 60 yaş və yuxarı yaşdakı qadınların 2023-cü ildə boşanma sayı 366-dır.
Maraqlıdır ki, bəs yaşlı insanların boşanmasına nə səbəb olur?
Sosioloq Üzeyir Şəfiyev Hit.az-a bildirib ki,cəmiyyətdə boşanmalara tolerant yanaşma var, yəni onu faciə kimi qarşılamırlar:
“İnsanlara daha çox eqoist bir həyat yaşamağa üz tutublar, ailə məsuliyyəti götürmək istəmirlər, ailə, uşaq qayğıları ilə yaşamaq istəmirlər. Bu baxımdan da bu, təkcə gənclər deyil, yaşlılar arasında da özünü göstərir. Yaşlı nəslin boşanması klassik Azərbaycan ailə dəyərlərinin zəifləməsi deməkdir. Ailə dəyərlərini möhkəmləndirmək, ailələrə mənəvi, psixoloji, maddi, mənzil-məişət məsələlərində dəstək durmaq lazımdır. Çünki nə qədər boşanma halı olacaqsa, bu, bir o qədər dövlət üçün maliyyə yükü artmış olacaq”.
Sevinc