Evli kişi ilə birlikdə olan qadınlar - Daima kədər, üzüntü, yalanlar...

SOSİAL
20:47 / 23.10.2024
338

Bəzən qadınlar sevdikləri kişinin evli olduğunu öyrənsələr belə, onunla münasibəti davam etdirirlər. 

Bəzi qadınlar isə kişinin evli olduğunu bilə-bilə, onunla sevgi münasibətinə başlayırlar. 

Bu tip münasibətlər cəmiyyətdə normal qarşılanmasa da, evli kişi ilə sevgi macərasına meyilli qadınların və evli olmasına baxmayaraq, gözü başqalarında olan kişilərin sayı hər keçən gün artır. 

Psixoloq Könül İsmayılova Hit.az-a deyib ki, evli kişi ilə birlikdə olan qadınların həyatında daima kədər, üzüntü, yalanlar, qısqanclıqlar, dava-dalaşlar əksik olmaz: 

“Bunun səbəbi isə kişinin sevgilisi ilə münasibətini boşanmadan davam etdirməyə çalışmasıdır. 

Evli kişi ilə münasibət quran qadın, özünə sual verib düşünməyi bacarmalıdır ki, əgər münasibətdə olduğum adam yoldaşına yalan söyləyib, mənimlə birlikdə olursa, deməli, nə vaxtsa mənədə yalan 
söyləyib  , başqa bir qadınla yaxınlaşa bilər. 

Yox, əgər artıq yoldaşını sevmirsə və ona görə mənimlə birlikdədirsə, o zaman nəyə görə yoldaşından ayrılıb, rahat şəkildə mənimlə münasibət qurmur? 

Bizim cəmiyyətimizdə əsasən evli kişi ilə birlikdə olan qadınları günahlandırıb, onları əsas qınaq obyektinə çevirirlər. Amma həqiqətdə olan isə kişinin evli olduğudur, yəni ailəli olan və yoldaşına sadiq olacağına söz verən tərəf kişidir. 

Evli kişi ilə birlikdə olan qadının isə digər qadına qarşı heç bir məsulliyyəti yoxdur. Amma bunu təkcə kişilərə aid olan bir vəziyyət kimi dəyərləndirməkdə düzgün olmaz. 

Evli qadınla birlikdə olan kişilərdə də vəziyyət eyni cürdür. Yəni evli biri ilə münasibətə girənin kişi və ya qadın olması vəziyyəti dəyişdirmir”.

Sevinc
 

0