Hit.az “Hüququmuzu bilək” rubrikasında növbəti suala cavab verir.
Verilmə vaxtı gecikmiş əməkhaqqına görə müdiriyyət nə kimi məsuliyyət daşıyır?
Mövzu ilə bağlı Hit.az-a danışan hüquqşünas Adil Piriyev bildirib ki, buna görə əlavə ödəniş verilməlidir:
“Əməkhaqqının hər gecikdiyi günə görə ümumi məbləğin 1 faizinə qədər işçiyə pul verilir. Əgər bu məsələ fərdi əmək mübahisəsi yaradıbsa, əmək müfəttişinə müraciət edə bilərsiniz”.
Murad