Uşağa ad qoyarkən nələrə diqqət edilməlidir?

SOSİAL
22:34 / 24.10.2024
401

Bu ilin ötən dövrü ərzində (yanvarın 1-dən indiyədək) Azərbaycanda yeni doğulan uşaqlara qoyulan adların statistikası müəyyənləşib.

Bu il doğulan oğlan uşaqlarına ən çox Uğur, qızlara isə Zəhra adı verilib.

Belə ki, bu adlar sözügedən müddətdə müvafiq olaraq ,1 488 oğlana və 1 044 qıza qoyulub. 

Bundan başqa, 1 160 uşağa Əli, 1004-nə Yusif, 1 146 uşağa Hüseyn, 1 033 uşağa Zeynəb, 1 031 uşağa Məryəm, 951-nə Aylin, 777-nə Fatimə, 731-nə isə Mələk adı qoyulub. 

Psixoloq Aynur Əliyeva Hit.az-a deyib ki, son illər uşaqlara daha çox dini adlar verilir: 

“Uşaqlara ad verilməsi məsləhətli şəkildə həyata keçirilməlidir. Elə olmalıdır ki, uşaq böyüyəndə öz adından xəcalət çəkməsin. Bəzən valideynlər uşağa elə ad qoyurlar ki, o böyüyəndə öz adından utanır. Mənə elə gəlir ki, ən düzgün yol bizim milli və tarixi keçmişimizlə bağlı olan adlardır ki, bunların uşaqlara verilməsi daha məqsədə uyğundur. Əgər ata-ana övladına yaxşı ad qoyursa ona heç müdaxilə etmək lazım deyil. Ümumiyyətlə, adın mənasının da psixoloji cəhətdən təsiri çoxdur. Uşaq özünü dərk etmə anından başlayaraq, gələcəkdə onda kompleks yaratmasın, gələcək həyatına mənfi təsir göstərməsin və bunun nəticəsində şəxsiyyət kimi formalaşmada, özünə güvənməkdə, özünü qiymətləndirməkdə çətinlik çəkməsin".

Sevinc

0