Boşanma zamanı məhkəməyə nə qədər rüsum ödənilir?

SOSİAL
19:42 / 25.10.2024
363

Hit.az “Hüququmuzu bilək” rubrikasında növbəti suala cavab verir.

Nikahın pozulması zamanı nə qədər dövlət rüsumu ödənilir?

Mövzu ilə bağlı Hit.az-a danışan hüquqşünas Adil Piriyev bildirib:

“Nikahın pozulması haqqında Azərbaycan Respublikasının Qanuna əsasən, 20 manat dövlət rüsumu ödənilməlidir. Nikahın pozulması zamanı əmlak bölgüsü tələbiniz varsa, o zaman dövlət rüsumu 40 manatdır. Dövlət rüsumun ödənilməsinə dair qəbzi iddia ərizəsinə əlavə etməsəniz, mülki prosessual məcəllənin tələbinə uyğun olaraq, iddia ərizəniz digər sənədlərlə birgə geri qayıdacaq”.  

Murad


 

0