"Son zamanlar 4 günlük iş rejiminə keçid inkişaf etmiş ölkələrdə geniş müzakirə edilir. Ancaq hazırda ölkəmiz üçün elə də aktual məsələ deyil".
Bu sözləri Hit.az-a millət vəkili Vüqar Bayramov deyib.
O bildirib ki, hazırkı şəraitdə Azərbaycan üçün işçilərin sosial hüquqlarının qorunmasının gücləndirilməsi daha prioritetdir. Danılmaz faktdır ki, bəzi yerlərdə işçilər əmək müqaviləsi olmadan işə cəlb olunur:
"Bu səbəbdən də ilk növbədə işçilərin əmək hüquqlarının qorunması üçün bir tərəfdən əmək bazarının leqallaşdırılması, digər tərəfdən isə bu istiqamətdə fəaliyyətin gücləndirilməsi çox vacibdir. Əmək hüquqlarının qorunması ilə bağlı nəzarət mexanizmini gücləndirdikdən sonra iş vaxtı və saatları ilə bağlı məsələni müzakirə oluna bilər".
Sevinc