Hit.az “Hüququmuzu bilək” rubrikasında növbəti suala cavab verir.
Yol polisi sürücüyə nə vaxt içki testi keçirə bilər?
Mövzu ilə bağlı Hit.az-a danışan hüquqşünas Adil Piriyev bildirib ki, kamera görüntüsü ilə sərxoşluq müəyyən edilə bilməz:
“Vətəndaşın sərxoş olduğunu müəyyən etmək üçün polis tərəfindən test edilməkdən başqa iki nəfər hal şahidi olmalıdır. Hal şahidinin iştirakı olmadan, sadəcə kamera görüntüsü ilə vətəndaşın sərxoş olmasını göstərən sənəd sübut deyildir. İnzibati Xətalar Məcəlləsində göstərilir ki, iki hal şahidi olmadan vətəndaşın sərxoş olduğunu sübut etmək mümkün deyil”.
Murad