"Azərsun Holdinq" “Bütün vücudlar danışır” layihəsinə dəstək olub - FOTO

SOSİAL
17:11 / 31.10.2024
76

Müxtəlif sosial layihələrin həyata keçirilməsinə dəstək olan “Azərsun Holdinq” ənənəsinə sadiq qalıb.

Bu dəfə “Bütün vücudlar danışır” sosial-mədəni layihəsini dəstəkləyib.

 “DanceAbility” təşkilatı tərəfindən reallaşdıran bu layihə dayanıqlı inkişaf prinsiplərinə uyğun olaraq, inklüziv cəmiyyətin inkişafını təşviq edir. 

Fiziki məhdudiyyətli şəxslərlə bağlı stereotiplərin aradan qaldırılması və onların cəmiyyətə daha rahat inteqrasiyası üçün bu kimi layihələrin dəstəklənməsi vacibdir.

Qeyd edək ki, layihə bir il davam edəcək və 800-dən çox şəxsin iştirakı planlaşdırılır.

Layihədə fərqli yaş qruplarından əlilliyi olan və olmayan şəxslər, qazilər, aztəminatlı ailələr və internat məktəblərinin şagirdləri iştirak edəcək. 

Layihənin əsas məqsədi, cəmiyyətin həssas və qeyri-həssas qruplarını bir araya gətirib onların fiziki və emosional rifahını yaxşılaşdırmaq, sosial bacarıqlarını inkişaf etdirmək və yeni dostluqlar yaratmaqdır.

0