İxtisara salınan işçilərə ödəniş verilir?

SOSİAL
22:16 / 01.11.2024
359

Hit.az “Hüququmuzu bilək” rubrikasında növbəti suala cavab verir.

İxtisara salınıb işdən çıxarılan işçiyə kompensasiya ödənilir?

Mövzu ilə bağlı Hit.az-a danışan hüquqşünas Adil Piriyev bildirib ki, staja uyğun çıxarma müavinəti ödənilir:

“Əmək Məcəlləsinin 77-ci maddəsinə əsasən, əmək müqaviləsi bu məcəllənin 70-ci maddəsinin A və B bəndləri ilə yəni, müəssisənin ləğv olunması və işçilərin sayı, ştatların ixtisar edilməsi əsasları ilə ləğv edilərkən kompensasiya ödənilir. Yəni, işçiyə işəgötürən tərəfindən həmin əmək müqaviləsinə uyğun olaraq, əmək stajı müddəti əsasında işdən çıxarma müavinəti ödənilir”.

Murad

0