Əcnəbilərlə ailə həyatı quranların sayı artır...

SOSİAL
23:14 / 01.11.2024
514

Son illər ölkəmizdə əcnəbilərlə ailə həyatı quranların sayı artır.

Maraqlıdır, gənclər əcnəbilərlə ailə həyatı qurmağa niyə üstünlük verirlər?

Sosioloq Fatimə Hacıbəyli Hit.az-a deyib ki, əcnəbilərlə ailə qurmağın sosial, psixoloji və iqtisadi tərəfləri var. Bizim dövrümüzdə ağla gəlməzdi ki, bir qız hansısa, zənci ilə ailə quracaq. İndi isə azərbaycanlı qızlar zəncilərlə ailə həyatı qurur və bununla fəxr edirlər: 

“Qarışıq nikahlar artdıqca milli ruh da azalır. Bu da yaxşı hal deyil”.

Həmsöhbətimizin dediyinə görə son illər bizim qızlar türk, rus, pakistanlı oğlanlarla ailə qurmağa üstünlük verir. Onlar daha yaxşı şəraitdə yaşamaq, təhsil almaq üçün belə addım atır:

 “Onu da deyim ki, əcnəbilərlə qurulan nikahlar əsasan sosial şəbəkələrdən tanışlıqdan başlayıb. Yəni cütlüklkər sosial şəbəkədə tanış olub, sonra sözləri tutub ailə qurublar. Ancaq əsas problem o ailə dağılandan sonra başlayır. Boşanma zamanı uşağın kimdə qalması. Bəzi xarici ölkələrdə uşağı vəlayəti atada olur. Bu kimi problemlər də mövcuddur”.

Sevinc

0