İctimai yerdə uca səslə danışanların nəzərinə: Mədəniyyət, yoxsa...

SOSİAL
20:37 / 04.11.2024
369

Gündəlik ictimai nəqliyyatdan istifadə edən, çoxlu insanla ünsiyyətdə olan hər bir kəs gündə ən azı bir dəfə yüksək səslə danışan şəxslə qarşılaşır. 

Bəzən fikir vermədən həyatımıza davam etsək də, bunun etik qaydalara uyğun olmadığını bilirik. 

Maraqlıdır, yüksək səslə danışmaq nədən qaynaqlanır? 

Bunu mədəniyyətsizlik adlandırmaq olar, yoxsa psixolojidir?

Bu barədə Hit.az-a açıqlama verən psixoloq Niyazi Qurbanov deyib ki, yüksək səslə danışanlar şiddətə meyilli olan insanlardı:
 
“Səs tonu insanlarla ünsiyyətdə 30-40 % təsirlidir. Səs tonu yüksək olan insanlar daha aqressiv olurlar. Düşünürlər ki, yüksək səslə və qışqıraraq danışdıqda qarşısındakının üzərində söz sahibi ola biləcək. Qışqıraraq özlərini haqlı çıxara biləcəklərini düşünürlər. Səs tonunda düzgün istifadə etməyi bilsək, bu qarşımızdakı insanın bizi başa düşməsini asanlaşdıracaq. Yüksək səs tonu qarşındakında qıcıq yaradır. Həmin şəxs fikirlərində düz olsa da, onu səhv göstərir. Zaman keçdikcə yüksək səslə danışan insanın yanında olmaq istəyənlər azalacaq. Çünki səs artıqca diskomfort da artır. Davamlı olaraq , yüksək səslə danışan birinin ətrafında olmaq ilk növbədə əsəbilik və gərginliyə, hətta sonda psixoloji pozğunluqlara səbəb ola bilər. Yüksək səslə danışan adam heç bunu etdiyindən xəbərsiz olur. O , yüksək səslə danışdığını belə hiss etmir. Təbii ki, bunların hamısı həmin şəxsin psixologiyasında olan boşluqlardan xəbər verir. Buna görə problem daha da artmadan mütəxəssisə müraciət etmək lazımdır”.

Murad

0