Boşanmış qadın ikinci dəfə ailə həyatı qura bilər?

SOSİAL
19:16 / 14.11.2024
205

Müasir zəmanədə boşanmış qadınların ikinci dəfə ailə qurması bəzi insanlar tərəfindən qınanılır. Kişilərin iki və bir neçə dəfə ailə həyat qurması normal qarşılansa da, qadınları eyni düşünülmür.

Psixoloq Könül İsmayılova Hit.az-a şərhində bildirib ki, boşanmış qadının ikinci dəfə ailə qurmasında qəbahət heç nə yoxdu:

“Boşanmış qadınların ikinci dəfə ailə həyatı qurmasına çox normal baxıram. Çünki, insan birinci dəfə ailə həyatı quranda alınmaya bilər. O da insandır, onun da xoşbəxt olmağa haqqı var. Təəssüflər olsun ki, 20-30 il bundan qabaq Azərbaycanda boşanmış qadınlara münasibət birmənalı olaraq , neqativ idi.  Bu gün buna münasibət dəyişsə də, hələ də boşanmış qadınlara pis nəzərlə baxırlar.  Unutmaq lazım deyil ki, qadının da yaşamaq və xoşbəxt olmaq haqqı var. Məgər boşanmış qadının yaşamaq haqqı yoxmu?! Əlbəttə var. Düşünün, bir qadın yaxud da kişi boşandığı halda ciddi travma yaşayır”.

Sevinc

0