Niyə cütlüklər sevgililikdən sonra evlilikdə yola getmirlər? - Mütəxəssisdən açıqlama

SOSİAL
20:17 / 14.11.2024
203

Son dövrlər tez-tez cütlüklər arasında münasiblərin pozulduğu hallarına rast gəlirik. Həmin cütlüklərlə danışdıqda onlardan gələn tək fikir belə olur: “Sevgili olanda hər şey yaxşı idi”

Maraqlıdır, bu kimi hallar nədən qaynaqlanır? Niyə cütlüklər rəsmiləşdirmədən qabaq hər şeyin qaydasında olduğunu deyir? 

Bu barədə Hit.az-a açıqlama verən sevgi üzrə mütəxəssis Xədicə Hüseynli deyib ki, ən başlıca səbəb real xasiyyətlərin üzə çıxmasıdır:

“Təbii ki, sevgililik, nişanlılıq dövründə hər şey yaxşı olacaq. Çünki bu dövrdə hər tərəf ən yaxşı xüsusiyyətini ortaya qoyur. Ta ki, rəsmiyyətə keçənə qədər. Biz qarşımızdakı insanı mükəmməl göstərdiyi xasiyyətlərlə tanıyırıq. Bir damın altına girdikdə isə hər iki tərəfin xasiyyəti bilinir. Məsələn, əksər xanımlar düşünmür ki, evləndiyi kişinin corabından iy gələr, ya tərləyə bilər. Bu kimi hallarla qarşılaşdıqda soyuma prosesi başlayır. 

Amma evlilikdən sonra həyatın real üzü ilə tanış olan insanlarda bu cür problemlər olmur”.

Murad

0