Hit.az “Hüququmuzu bilək” rubrikasında növbəti suala cavab verir.
Rəsmi nikahda olan cütlüklər bir-birlərinin maşınını etibarnaməsiz sürə bilərlər?
Mövzu ilə bağlı Hit.az-a danışan hüquqşünas Adil Piriyev bildirib ki, ər və arvadın maşınlarını idarə etməsi üçün etibarnaməyə gərək yoxdur:
“Çünki Azərbaycan Respublikasının İnzibati Xətalar Məcələsinin 332.1-ci maddəsinin “Yol hərəkəti haqqında” qanunun 37-ci maddəsinin I hissəsinin I bəndinə əsasən ər və ya arvad nikah dövründə aldıqları maşınlarını nikah şəhadətnaməsi ilə idarə edə bilərlər”.
Murad