Azərbaycanda fəxri adlara görə Prezident təqaüdü alanların ən son statistikası açıqlanıb.
Modern.az saytının Dövlət Statistika Komitəsinən əldə etdiyi məlumata görə, 2024-cü il oktyabrın 1-i vəziyyətinə 399 993 nəfərə Azərbaycan Respublikası Prezidentinin təqaüdü təyin edilib. Qeyd edək ki, iyulin 1-dək bu rəqəm 397 420 nəfər idi.
Göründüyü kimi, üç ay ərzində Prezident təqaüdü alanların sayında xeyli artım baş verib.
Prezident təqaüdü təyin edilənlərdən 4 791 nəfəri fəxri adlara görə təqaüd alan şəxlərdir.
Belə ki, 2024-cü il oktyabrın 1-i vəziyyətinə 252 nəfər “Xalq” fəxri adına görə, 4 539 nəfər “Əməkdar” fəxri adına görə Prezident təqaüdü alır.
"Xalq" fəxri adına görə ayda 200 manat, “Əməkdar” fəxri adına görə ayda 150 manat təqaüd verilir.