Falçı yanına kişilər çox gedir yoxsa qadınlar…

SOSİAL
17:17 / 20.11.2024
78

İnsan tarix boyu istər özü, istərsə də ətrafı ilə əlaqədar bilmədiklərini anlayıb kəşf etməyə, gələcəyin nələr gətirəcəyini əvvəlcədən öyrənməyə və beləliklə öz qədərinə hökm etməyə çalışmışdır. 

Qədim dövrdən bugünədək bəşər övladı fövqəltəbii inanclara hədsiz dərəcədə maraq göstərib. 

Psixoloq Könül İsmayılova Hit.az-a deyib ki, fala baxdırmaq istəyənlər hər zaman olub, bu gün də var: 

“Əvvəllər daha çox qadınlar falçıya yanına gedirdisə , bu gün kişilər falçı qapısında yatır. Onlar da gələcəyi haqqında bilgilər almaq istəyir. Ancaq gələcəyi bir tək yaradan bilir. Ümumiyyətlə, insanların falçılara üz tutmasında cəmiyyətin günahı var. İnsanlar  işsizlikdən və cəmiyyətin sosial-psixoloji təzyiqlərinə məruz qaldıqda özlərinə təsəlli vermək üçün bir çıxış yolu axtarırlar. Bununla da bir qədər real proseslərdən uzaqlaşaraq bu tip qeyri-real olan məsələlərə istiqamətlənirlər. Çünki , hamı o gənclərə dəstək olmaq əvəzinə onları qınayır. Yazılmamış qanun var ki, 25 yaşa çatmadan xanım ailə həyatı qurmalıdır. Əks halda, o, qınaq obyektinə çevrilir. Amma yaxşı olar ki, falçıya getməyi qınayaq, nəinki digər məsələləri”.

Sevinc

0