Bu gün müğənnilər ən çox toylarda, el şənliklərində ifa edir.
Həmin müğənninin toy iştirakçısı da ona nəmər ,yəni pul verir.
Bu kimi görüntülərdə sosial şəbəkədə yetərincədir.
Maraqlı məqam ondan ondan ibarətdir ki, pul müğənniyı uşaqların gözü qarşısında verilir. Bu isə düzgün deyil.
Psixoloq Könül İsmayılova Hit.az-a deyib ki, bu gün toylarda müğənnilər demək olar ki, özlərini apara bilmir:
“Sosial şəbəkədə bu kimi faktlarla tez-tez rastlaşırıq. Toyda oxuyan müğənniyə kimsə çoxlu pul verir. Müğənnidə sevinə- sevinə həmin pulları alıb, sosial şəbəkələrdə göstərir. Ancaq pulu verən və müğənni başa düşmür ki, bu hadisə uşaqların gözü qarşısında baş verir. Xüsusəndə qız uşaqlarının. Məlum hadisəni görən uşaq dərslərini oxumayacaq ki, məndə gedirən müğənni olam, əlimə dollarlar verilsin. Uşaq o pulun nə məqsədlə verildiyi bilmir, ancaq gələcəyi haqqında artıq plan qurur. Beləliklə, gələcəyimiz məhv olur. Toy iştirakçısının müğənnidən xoşu gəlirsə, ona gizlində hörmət etsin, müğənnidə bunu böyük iş görübmüş ki, yayımlamasın”.
Sevinc