Məktəblərin komputerləşməsinə 40 milyon vəsait ayrılır...

SOSİAL
19:39 / 22.11.2024
46

“2025-ci ilin büdcəsində məktəblərin komputerləşməsinə 40 milyon manat vəsaitin ayrılması gözlənilir. Bu da məktəblərdə yüksək sürətli şəbəkəyə qoşulması üçün əsas məsələlərdən biridir”.

Bu sözləri Hit.az-a təhsil eksperti Rizvan Fikrətoğlu deyib.

O bildirib ki, bu günə kimi 1737 müəssisə yüksəksürətli internetə qoşulub. İnternetə qoşulmayan təhsil ocaqlarında problemin səbəbi regionlarda internetin sürətinin zəif olmasıdır:

 “Aidiyyatı qurumlar internetin sürətini artırmaqda maraqlı olmalıdır. Həmçinin, onu da nəzərə almaq lazımdır ki, elə məktəblər var ki, həmin təhsil müəssisəsi yetərli səviyyədə təmirli deyil”. 

Sevinc

0