Hit.az “Hüququmuzu bilək” rubrikasında növbəti suala cavab verir.
Evləndikdən sonra ərin arvada pul verməməsinə görə cərimə edilə bilər?
Mövzu ilə bağlı Hit.az-a danışan hüquqşünas Adil Piriyev bildirib ki, bir sıra şəxslər üçün bu cərimə sayıla bilər:
“Ailə Məcəlləsinin 84-cü maddəsinə əsasən, ər və arvad maddi cəhətdən bir-birinə kömək göstərməlidir. Maddi cəhətdən kömək göstərməkdə imtina etdikdə, ər və arvad arasında alimentin ödənilməsinə dair saziş olmadıqda bir sıra şəxslər alimentin ödənilməsini məhkəmə qaydasında tələb etməkdə hüquqları var.
Bir sıra şəxslər dedikdə: əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan ər və ya arvad, hamiləliyi dövründə və ümumi uşaqlarının doğulduğu gündən üç il ərzində arvad, 18 yaşınadək əlilliyi müəyyən edilmiş və ya orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş 18 yaşından yuxarı ümumi uşağa qulluq edən və ehtiyacı olan ər və ya arvad nəzərdə tutulur.
Murad