Bəzi tədqiqatlar göstərir ki, adın insanların şəxsiyyətinə təsiri ola bilər. Məsələn, adların mənası, insanlar haqqında müəyyən gözləntilər yaradaraq, onlarda müəyyən davranışları təşviq edir.
Maraqlıdır, bu iddia doğrudurmu?
Bununla bağlı Hit.az-a açıqlama verən numeroloq Xəyal Məmmədov deyib ki, adların insan talehində rolu çox yüksəkdir:
“İnsanların adları həm psixoloji, həm də sosial baxımdan fərqli təsirlər yaradır. Bu təsirlər bir çox amildən asılıdır, məsələn, adın mənası, səsi, tarixi və ya cəmiyyətin həmin adda etdiyi təəssüratlar.
Bizim millətin adətidir, uzun ad olanda onu qısaldırlar. Məsələn: Gülbəniz adını qoyub, uşağı “Gülü” kimi çağırırlar. Belə etmək olmaz. Çünki adlardakı hərflərin sayı insanın ikinci kateqoriya rəqəmləridir. Nəzrin adını qısaldıb Nəzi deyəndə onun həyatındakı uğurları da qısaldırıq. O kəsilən 4 hərf isə rəqəm olaraq, qaraciyər və qarın boşluğunda olan orqanları ifadə edir. Daha sonra başlayır həmin şəxsin səhhəti ilə bağlı problemlər yaşanmağa. Sonra da valideynlər deyir ki, niyə övladım belə oldu.
Amma onu da deyim ki, adın hərflərini çoxaldanda yaxşıdır. Məsələn, Fidanı Fidaşka kimi çağırmaq uşağın həyatında müsbət təsirlər yaradır”.
Murad