Son günlər Tiktokerlərin həbsi ilə bağlı məlumatlar yayılır.
Qeyd edək ki, hüquq-mühafizə orqanları tərəfindən sosial şəbəkələrdə cəmiyyətə qarşı hörmətsizlik, mənəvi dəyərlərə uyğun olmayan qeyri-etik paylaşımlar və çağırışlar edən şəxslərlə bağlı polis əməkdaşları tərəfindən qanunamüvafiq tədbirlər davam etdirilir.
Sosioloq Əhməd Qəşəmoğlu Hit.az-a deyib ki, Tiktok-da çıxışlarına diqqət etməyən istifadəçilərin cəzalandırılması müsbət bir addımdır:
“Elə adamlar da var ki, Tiktok-da əxlaqsız hərəkətlər edir, ədəbsiz ifadələr işlədir. Mən həmişə belə bir modeli təklif edirəm. TikTok və digər sosial şəbəkələr də ictimai yerdir. Biz bilirik ki, insan özünü ictimai yerdə apara bilməyəndə məsuliyyətə cəlb edilir və cəzalandırılır. İnsanlar sosial platformalarda özlərini məsuliyyətli hiss etməlidirlər”.
Sevinc