Kişilər nə zaman boşana bilməz?

SOSİAL
18:08 / 27.11.2024
40

Hit.az “Hüququmuzu bilək” rubrikasında növbəti suala cavab verir.

Evlilikdən soyumuş kişi hansı hallarda boşana bilməz?

Mövzu ilə bağlı Hit.az-a danışan hüquqşünas Adil Piriyev bildirib ki, bəzi hallarda kişi boşanma ərizəsi verə bilməz:

“Ailə Məcəlləsinin 15-ci maddəsinə əsasən, qadının hamiləliyi dövründə və uşaq doğulduğu zamandan sonrakı 1 il müddətində kişi qadından boşanmaq üçün məhkəməyə ərizə verə bilməz”. 

Murad

0