Qonşunun səs-küyünə şikayətçi ola bilərəm?

SOSİAL
20:33 / 28.11.2024
38

Hit.az “Hüququmuzu bilək” rubrikasında növbəti suala cavab verir.

Gecə saatlarında gur səslə mahnı oxudan şəxslər cərimələnir?

Mövzu ilə bağlı Hit.az-a danışan hüquqşünas Adil Piriyev bildirib ki, belə hal edən şəxslər cərimələnirlər:

“İnzibati Xətalar Məcəlləsinin 521-ci maddəsinə əsasən, yaşayış evlərinin giriş və həyətlərində gecə saat 12-dən səhər 7-yə qədər gur səslə mahnı oxudulmasına görə cərimələr tətbiq edilir. Belə ki, bunu edən fiziki şəxslər 150 manatdan 200 manata, vəzifəli şəxslər isə 2000 manatda 2500 manatadək məbləğd cərimə olunurlar”.

Murad

0