Hər kəs mobil telefonun əsiri olub...

SOSİAL
20:15 / 02.12.2024
109

Bu gün böyükdən tutmuş kiçiyə qədər hər kəsin əlində mobil telefon var.

Kimisi xəbərləşmək, kimisi sosial media vasitəsilə gündəmi izləmək, başqa birisi isə sadəcə vaxt keçirmək üçün mobil telefondan istifadə edir.

Demək olar ki, günümüzü, hər anımızı telefonsuz təsəvvür edə bilmirik.

Hit.az xəbər verir ki, bu gün yaşından asılı olmayaraq , hər kəs telefonun əsiri olub.

Xeyir-şər məclisində, qonaqlıqda, xəstəxanada, iş görüşməsində, hətta şagirdlər belə məktəbdə telefon işlədir. 

Birsözlə mobil telefonu olmayana Söylü demiş “birtəhər baxırlar”.

Mobil telefonun müsbət cəhətləri çoxdur. Xəbərləşmək, bilgi əldə etmək, sosial media hesabında şəkil, məlumat paylaşıb, diskussiya aparmaq və s. 

Telefon həyatımızı asanlaşdırsa da, ancaq mütəxəssislər bu alətin xeyri ilə yanaşı, ziyanlı olduğunu da bildirir.

Araşdırmalar zamanı müəyyən olunub ki,  gün ərzində ümumilikdə 35-40 dəqiqədən artıq mobil telefon istifadə orqanizmə aşırı ziyan vurur. 

Belə ki, mobil telefonla çox danışmaq eşitmə sinirlərini korlayır.

Oyun oynayanların gözləri qızarır, diqqət dağınıqlığına səbəb olur, yaddaşı zəiflədir, görməni zəiflədir, əsəb sistemini oyadır, nevroz xəstəliyi yaradır və s. 

Mobil telefonla vaxt sərf etməkdənsə, gözəl bir əsəri oxumaqla vaxtımızı keçirsək daha yaxşı olar.

Sevinc

0