Musiqi uşaqların və böyüklərin inkişafında mühüm bir rol oynayır və bu təsirlər həm psixoloji, həm də fiziki olaraq, hər kəsin hərtərəfli inkişafını dəstəkləyir. Uşaqların musiqiyə olan reaksiyalarına diqqət yetirmək, valideynlər və tərbiyəçilər üçün onların psixoloji vəziyyətini başa düşmək və uyğun dəstək vermək üçün əhəmiyyətlidir.
Lağ-lağa mahnıları və digər mənfi təsir göstərə biləcək məzmunları uşaqlardan qorumaq valideynlər və tərbiyəçilər üçün mühüm bir məsələdir.
Maraqlıdır, övladlarımızı belə mahnılardan necə uzaq tutaq?
Bu barədə Hit.az-a açıqlama verən sosioloq Lalə Qarayeva deyib ki, bu tip mahnılar bəzən uşaqların psixoloji inkişafına, davranışlarına və sosial münasibətlərinə mənfi təsir göstərə bilər:
“Belə mahnılar tez-tez şən və cazibədar olsa da onların içindəki mənasız və ya aşağılayıcı sözlər, zorakılıq, təhqir və mənfi davranışlar uşaqların zehniyyətinə mənfi təsir edə bilər.
Valideynlər və tərbiyəçilər uşaqlara dinlətmədən əvvəl mahnıların sözlərini yoxlamalıdırlar. Bu, musiqinin uşaqlara mənfi təsir etməməsi üçün vacibdir. Mahnıların içində təhqir, zorakılıq, nəhəng hərəkətlər və ya aşağılayıcı sözlər olub, olmadığını yoxlamaq lazımdır. Bu tip məzmunlardan qaçmaq, uşağın sosial və emosional inkişafını qorumağa kömək edir. Lağ-lağa mahnılar çox vaxt cazibədar və əyləncəli olur, buna görə də uşaqlar onlara maraq göstərə bilər. Lakin, valideynlər və müəllimlər uşaqlara alternativlər təklif edərək, onların musiqi zövqlərini yönləndirə bilərlər. Əyləncəli və maarifləndirici mahnılar, uşaqların inkişafına müsbət təsir göstərər, həmçinin, mənfi məzmunu olan musiqilərdən uzaq durmağa kömək edər”.
Murad