“Təhsil müəssisələrin şagirdlərin davranış qabiliyyəti ilə bağlı müəyyən problemlər yaşanır.
Şagird-müəllim münasibətlərində də belə problem daha çox görünür”.
Bu fikri Hit.az-a təhsil eksperti Elçin Əfəndi deyib.
O bildirib ki, bu kimi problemlərin qarşısını almaq üçün Elm və Təhsil Nazirliyi və digər aidiyyatı qurumlar məlum məsələni diqqətdə saxlamalıdır:
“Aidiyyatı qurumlar davranış qaydaları ilə bağlı normativi təhsil müəssisələrinə bildirməlidir. Hazırda "Uşaq hüquqları sahəsində mövcud problemlərin aradan qaldırılması üçün konsepsiya hazırlanır. Bu konsepsiyanın hazırlanmasına məhdud sayda təhsil müəssisələri cəlb olunacaq. Konsepsiyanın nə dərəcədə effekti olub-olmayacağı zamanla bəlli olacaq. Ümid edirəm ki, məlum konsepsiyanın müsbət nəticələri olacaq”.
Sevinc