Hit.az “Hüququmuzu bilək” rubrikasında növbəti suala cavab verir.
Valideyn xaricdə oxuyan övladının təhsil haqqısını başqa pul vahidi ilə ödəyə bilər?
Mövzu ilə bağlı Hit.az-a danışan hüquqşünas Adil Piriyev bildirib ki, bəzi qanunlarla bu mümkündür:
“Mərkəzi Bankın 28 noyabr 2016-cı il tarixli qərarının 4.3.7.3 yarımbəndinə əsasən, rezidentlər və ya qeyri-rezidentlər özlərinin və ya digər şəxsin təhsil haqqının ödənilməsini xarici valyuta ilə həyata keçirə bilər. Yəni, sözügedən ödəniş haqqı xarici valyuta ilə ödənilə bilər”.
Murad