Gizli videoçəkilişin cəzası nədir?

SOSİAL
20:47 / 06.12.2024
399

Hit.az “Hüququmuzu bilək” rubrikasında növbəti suala cavab verir.

İnsanın icazəsi olmadan onun videosunu çəkməyin məsuliyyəti var?

Mövzu ilə bağlı Hit.az-a danışan hüquqşünas Adil Piriyev bildirib ki,  480 saata qədər iş nəzərdə tutulur:

“Konistitusiyanın 32-ci maddəsinə əsasən, qanunda göstərilən hallar istisna olmaqla heç kəsin özünün razılığı olmadan videosu çəkilə bilməz. Cinayət Məcəlləsinin 156-cı maddəsinə görə, bu hərəkəti edən şəxslər 1000 manatdan 2000 manatadək cərimə, 240 saatda 480 saata qədər ictimai, hətta 1 ilə qədər islah işləri nəzərdə tutulur”.

Murad
 

0