İşə gecikməyin cəriməsi nə qədərdir?

SOSİAL
19:40 / 09.12.2024
315

Hit.az “Hüququmuzu bilək” rubrikasında növbəti suala cavab verir.

İşə gecikdiyimə görə əməkhaqqımdan nə qədər tutula bilər?

Mövzu ilə bağlı Hit.az-a danışan hüquqşünas Adil Piriyev bildirib ki,

“Əmək Məcəlləsinin 186-cı maddəsinə əsasən, işçi müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən onu cərimələyə bilər. Bu cərimə yalnız kollektiv müqavilədə nəzərdə tutulan halda tətbiq oluna bilər. Cərimənin məbləği işçinin aylıq maaşının 4-də 1 hissəsindən çox olmamalıdır. 

Əgər işçi ilə fərdi əmək müqaviləsi bağlanıbsa, onunc maaşından işə gecikməyə görə pul tutulması qanuni deyil”.

Murad

0