Valideynlər uşaqlar üçün Yeni il hədiyyəsini özləri hazırlaya bilərmi?

SOSİAL
20:27 / 10.12.2024
109

Qarşıdan Yeni il bayramı gəlir. Bu bayramda uşaqları sevindiricək hədiyyələrdən biri də Yeni il hədiyyə qutularıdır. 

Ancaq zamanla bu qutuların içərisində olanların vaxtı keçmiş, istifadəyə yararsız olması haqqında məlumatlar yayılıb.

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov Hit.az-a deyib ki, alıcılar bayram hədiyyəsi alarkən diqqətli olmalıdırlar:

"İstehsalçılar məhsulları cəlbedici qablaşdırmada təqdim etməyə çalışsalar da, bəzən bahalı hədiyyələrin də içərisindən keyfiyyətsiz və vaxtı keçmiş məhsul çıxa bilər. Ona görə də, istehlakçılar mütləq üzərində istehsalçı barədə məlumat olan yeni il hədiyyələrini alsınlar.Yaxşı olar ki, valideyn qutunu alıb içərisinə şirniyyatları özləri yığsınlar. Çünki, bəzən valideynlər yeni il şənliklərində onlara verilən hədiyyə qutularının içərisinə diqqət yetirmirlər. Uşaqlar yedikdən sonra zəhərlənmə baş verir".

Sevinc

0