Oğuqluq halı böyüklərlə yanaşı, uşaqlarda da müşahidə olunur.
Təəssüfedici hal olsa da bu gün uşaqlar arasında oğurluq halları müşahidə olunur.
Psixoloq Aynur Əliyeva Hit.az-a deyib ki, uşaqların oğurluq etməkdə niyyətləri fərqlidir. Belə ki, onlar kimdənsə acıq almaq məqsədilə də oğurluq edə bilərlər:
“Bunu edərkən hərəkətlərinin pis olduğunu anlasalar da, qisas almaq üçün oğurluğa əl atırlar. Bu məqsədlə onlar lazımsız, özlərində olan əşyaları belə oğurlaya bilərlər. Bəzən uşaqları bu hərəkətə paxıllıq hissi də sövq edir. Onlar kimdəsə gördükləri əşyaya, geyimə, dərs ləvazimatına və s. maraq göstərir. Valideynlərindən bunu istəsələr də, valideynləri onlara almır. Bu da onları oğurluq etməyə vadar edir.
6-7 yaşlarında uşaqlar artıq bunun oğurluq olduğunu tam dərk edirlər. Bu yaşda uşaqların oğurluq etməsi isə təhlükəli haldır. Valideynlər bu zaman çalışmalıdırlar ki, uşaqlarını döymədən, təhqir etmədən oğurluğun pis olduğunu başa salsınlar. Belə hallarda uşaqlara "əgər kimsə sənin də sevdiyin əşyanı oğurlasaydı, özünü necə hiss edərdin"", "o, uşaq sənin etdiyin hərəkətə görə indi çox üzülür", "Əgər sən məndən xahiş etsəydin, mən sənə həmin şeydən alardım" -deməklə, sakitləşdirmək lazımdır”.
Sevinc