18 yaşı olmayan şəxslər işləyə bilər?

SOSİAL
19:04 / 10.12.2024
125

Hit.az “Hüququmuzu bilək” rubrikasında növbəti suala cavab verir.

18 yaşına çatmayan şəxsi işə cəlb etmək qanunidir?

Mövzu ilə bağlı Hit.az-a danışan hüquqşünas Adil Piriyev bildirib ki, qanuna görə bu mümkündür:

“Əmək Məcəlləsinin 46.4-cü maddəsinə əsasən, əmək müqaviləsi 15 yaşına çatmış fiziki şəxslərlə bağlanıla bilər. 15 yaşından 18 yaşınadək olan fiziki şəxslərlə əmək müqaviləsi bağlanarkən onların valideynlərindən və ya övladlığa götürənlərindən, qəyyumlarından birinin yazılı razılığı alınmalıdır”.

Murad

0