"Media savadlılığının gücləndirilməsi daha savadlı cəmiyyət qurmaq yolunda vacib addımdır" - Ekspert

SOSİAL
12:14 / 16.12.2024
181

"İnformasiya çoxluğu və rəqəmsal platformaların sürətlə artması yanlış məlumatların yayılmasını artırır". 

Bu sözləri psixoloq Ülviyyə İlqar Hit.az-a açıqlamasında deyib. 

O bildirib ki, bunun qarşısını almaq üçün hər kəs fərdi məsuliyyət daşımalıdır: 

"Valideynlər uşaqlara texnologiyadan düzgün istifadə etməyi və dezinformasiyadan qorunma yollarını başa salaraq, onlara informasiya ilə bağlı davranışları öyrədə bilərlər. Media savadlılığının artırılması cəmiyyətin inkişafı və sağlam informasiya mühitinin yaradılması üçün böyük əhəmiyyət daşıyır".

364253

Ekspert qeyd edib ki, bu proses yalnız jurnalistlərin və media işçilərinin deyil, bütün sahələrdə çalışan mütəxəssislərin də üzərinə düşən bir vəzifədir:

"Hansı sahə olmasından asılı olmayaraq hər bir ekspert öz biliyi və təcrübəsi ilə ictimaiyyətin maariflənməsinə çalışmalıdır. Doğru məlumatların yayılmasına və yanlış informasiyaların təsirinin azaldılmasına çalışmaq da olduqca vacibdir. 

Ekspertlər də öz sahələrinə aid maarifləndirici məqalələr yazmalı, seminarlar keçməli və media platformalarında dəqiq məlumatlar paylaşmalıdırlar".

Mütəxəssis fikirlərini belə yekunlaşdırıb:

"Əslində, media savadlılığının gücləndirilməsi daha savadlı, məsuliyyətli və inkişaf etmiş bir cəmiyyət qurmaq yolunda vacib bir addımdır".

Pərviz
 

0