2024-cü ilin ilk 10 ayı: Nikahların, doğulanların və ölənlərin sayı açıqlandı

SOSİAL
22:52 / 17.12.2024
51

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda 2 min 800 əkiz doğulub.

HİT.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Bildirilib ki, doğulanlardan 108-i üçəm və 4-ü isə dördəmdir. Doğulan körpələr arasında oğlan uşaqlarının xüsusi çəkisi 53%, qız uşaqlarının xüsusi çəkisi isə 47% olub.

Cari ilin yanvar-oktyabr aylarında Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 86 min 274 doğulan körpə qeydə alınıb. Ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər min nəfərinə bu göstərici azalaraq 11,2-dən 10,1-ə düşüb.

Bildirilib ki, doğulan körpələrin 53 faizi oğlan uşaqları, 47 faizi isə qız uşaqları olub. Körpələrdən 2 min 800-ü əkiz, 108-i üçəm, 4-ü isə dördəm doğulub.

Həmçinin qeyd edilib ki, 2024-cü ilin yanvar-oktyabr ayları ərzində ölkədə 49 min 36 ölüm halı qeydə alınıb və 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə bu göstərici azalaraq 5,9-dan 5,8-ə düşüb.

Həçminin bu ilin on ayı ərzində Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 42073 nikah və 17907 boşanma halları qeydə alınıb.

Bildirilib ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə nikahların sayı azalaraq 5,3-dən 4,9-a düşüb, boşanmaların sayı isə dəyişməyərək eyni səviyyədə (2,1) qalıb.
 

0