Yeniyetmələr niyə kriminal aləmə maraq göstərir?

SOSİAL
21:43 / 18.12.2024
36

Zamanla orta məktəb şagirdlərinin kriminal aləmə meyl etdiyinin şahidi olmuşuq. 

Bu hal təəssüfedici olsa da, məktəblilərin bir qismi qeyd edilən dünyaya maraq göstərir.

Sosioloq Fatimə Hacıbəyli Hit.az-a deyib ki, uşaqların kriminal aləmə meylli olması istiqamətində valideynlərin də çox böyük təsiri var:

 “Valideynlərin əksəriyyəti uşaqlarına hər sahədə lider olmağı, döyüb gəlməyi, döyülməməyi, əyilməməyi öyrədir. Bu da həmin uşaqlarda gələcəkdə kin-küdurət, insanlara qarşı mənfi xarakter yaradır. Onun ilk nəticələri də orta məktəblərdə özünü büruzə verir. Çünki artıq həmin tərbiyə ilə böyüyən uşaqlar sinifdə özlərini lider kimi aparmaq istəyirlər. Hərəkətləri ilə sanki özlərini avtoritet hesab edirlər. Yeniyetmə vaxtlarından özünü belə aparmaq həm də böyüklərə qarşı hörmətsizlikdir. Gələcəkdə onlarda böyüklərə qarşı hörmət yaranmır. Çünki, həmin uşaqlar özlərini böyüklərdən ağıllı hesab edirlər. Uşaqlara humanist olmağı, insanları sevməyi öyrətmək lazımdır. Məncə tərbiyə işini əvvəlcə valideynlər arasında aparmaq lazımdır. Uşaq baxçalarında da gələcəkdə bu kimi halların qarşısının alınması üçün müəyyən maarifləndirmə aparılmaldır”. 

Sevinc

0