Bəzi valideynlər çox dəcəllik edən övladını nadinc uşaq deməklə kifayətlənir.
Uşaq psixoloqu Aynur Əliyeva Hit.az-a deyib ki, hiperaktiv uşağa nadinc demək o uşağın gələcəyini məhv edəcək:
“Məlumdur ki, hiperaktivlik müalicə tələb edir, psixoloqlar həmin uşaqla işləməlidir. Bəzi valideynlər uşağının hiperaktiv olduğunu qəbul etmək istəmir. Hətta bununla bağlı mütəxəssisə də müraciət etmirlər. Həmin valideynlər övladının gələcəyi üçün bu addımı atsalar , o uşaq nisbətən sağalar və gələcəkdə ətrafına ziyan vurmaz. Bu işdə əsas yük valideynlərin üzərinə düşür. Valideynlər daim uşağın hərəkətinə fikir verməli, onların hərəkətinə, davranışına fikir verməlidir”.
Sevinc