“Əvvəlllər insanlar boşanmağı ayıb bilirdilər, ancaq indi…”

SOSİAL
22:57 / 23.12.2024
45

“Əvvəllər iqtisadi çətinlik boşanma ilə nəticələnmirdisə, hazırda iqtisadi faktor çox mühüm yol oynayır. Əgər əvvəllər ailədaxili intim əlaqələrdəki disfunksionallıq qəti şəkildə boşanmaya səbəb olmazdısa, hazırda ayrılan cütlüklərin arasında bu faktor xüsusi qabarmaqdadır”. 

Bu sözləri Hit.az-a sosioloq Fatimə Hacıbəyli deyib.

O bildirib ki, əvvəllər ailədaxili yalnız fiziki istismar boşanmaya gətirib çıxarardısa, hazırda emossional zorakılıq belə nikaha son vermə ilə nəticələnə bilər:

 “Bu gün boşanma üçün səbəblər o qədər çoxalıb ki, insanlar nəyə təəccüblənəcini bilmir. Illər əvvəl insanlar boşanmağı ayıb bilirdilər, ancaq indi boşandı deyə parti verənlər, bunun üçün tort hazırlatdıranlar az deyil. Bu kimi hallar boşanmaların sayını daha da artıracaq”.

Sevinc
 

0