Müəllim və şagird arasında uçurum: Nələr problemdir?

SOSİAL
21:59 / 23.12.2024
44

Son zamanlar müəllimlərə verilən şokolad trenddi birmənalı qarşılanmayıb. Kimisi bu məsələni təhqir və ya tənqid edirsə, kimisi isə xoş bir hal kimi qarşılayır. Bu kimi hallar müəllim və şagird arasında uçurum yaradır. 

Maraqlıdır, müəllim və şagird arasında uçurum yaradan ümumi problemlər nələrdir?

Məsələ ilə bağlı Hit.az-a açıqlama verən psixoloq Lalə Qarayeva deyib ki, müəllim və şagird arasında uçurum yaradan problemlər bir neçə amil tərəfindən idarə olunur və bunlar şagirdin təhsil prosesində uğur qazanmasına mane ola bilər:

“Müəllim və şagird arasında açıq və effektiv kommunikasiya çatışmadıqda, şagirdin ehtiyacları və problemləri düzgün anlaşılmaya bilər. Müəllimin şagirdin fikirlərini, narahatlıqlarını və suallarını dinləməməsi, bu tərəflər arasında qarşılıqlı anlaşılmazlıq yarada bilər. Müasir dövrdə şagirdlər müxtəlif texnologiyalarla və daha interaktiv öyrənmə metodları ilə tanış olurlar. Əgər müəllim dərsini köhnə və monoton şəkildə keçir, şagirdlərin marağını itirir və dərsə qarşı motivasiya azalır. Bu da onların müəllimə qarşı münasibətini mənfi yöndə dəyişdirə bilər. Müəllimlərin şagirdlərə qarşı sərt yanaşmaları və ya zəif disiplini təmin etməməsi, sinifdəki nizamı pozur və şagirdlərlə aralarındakı münasibətləri gərginləşdirə bilər. Həmçinin, disiplinsiz davranışlar müəllimə qarşı inamsızlıq yarada bilər.

Ailənin məktəbdəki proseslərə müdaxiləsi və ya müəllimlə olan münasibəti də şagirdin məktəb həyatına təsir edə bilər. Əgər ailə müəllimlə əməkdaşlıq etmirsə və ya müəllimi tənqid edirsə, bu, şagirdin müəllimə qarşı mənfi münasibətinin yaranmasına səbəb ola bilər”.

Murad


 

0