Hit.az “Hüququmuzu bilək” rubrikasında növbəti suala cavab verir.
İş yoldaşını əvəzetməyə görə həmin şəxsə əlavə ödəniş edilir?
Mövzu ilə bağlı Hit.az-a hüquqşünas Adil Piriyev danışıb:
“Əmək Məcəlləsinin 162-ci maddəsinə əsasən, əgər əvəz etdiyiniz işçinin maaşı sizin maaşınızdan çoxdursa, bu zaman onun maaşı ilə sizin maaşınız arasındakı fərq sizə ödənilməlidir. Yox əgər əvəz etdiyiniz işçinin maaşı sizin maaşınıza bərabər və ya azdırsa, bu zaman əməkhaqqınıza qeyri-müəyyən miqdarda ödəniş verilir”.
Murad