"İnsanlar bəzi psixoloqlara görə terapiyalara inanmır" - Psixoloq

SOSİAL
11:00 / 25.12.2024
131

"Son zamanlarda "psixoloqun özünə psixoloq lazımdır", "psixoloqa etdiyin ödənişi mənə et mən səni dinləyim, məsləhət verim” və ya "psixoloq dəli həkimidir" kimi tendensiyalar yaranıb".

Bu sözləri klinik psixoloq Zəhra Zahidova Hit.az-a açıqlamasında deyib. 

O bildirib ki, "psixologiya"da olmayan terapiya növlərindən istifadə edən "psixoloqlar" insanları manipulasiya edirlər:

"Həmçinin, doğuşdan psixoloq olduğunu düşünən "psixoloqlar"a görə insanlarda psixoloji terapiyalara, seanslara inam hissi yoxdur. Belə bir deyim var "hər kəs ilk növbədə özü-özünün psixoloqu" olmalıdır. Əgər hər kəs bu cümlənin effektini yaşasa idi dünyada heç kimin psixoloqa ehtiyacı olmazdı. Çünki psixoloq məslət vermir və ya sadəcə dinləmir. 

Psixoloq düzgün tibbi terapiya metodu ilə şəxsin yaşamındakı ağır travmaları, hadisələrə yanaşmasını dəyişərək, sağlam psixologiyanın təməlini qurur. Həmçinin, insanlar öz problemlərinin "məxfiliyindən" narahatlıq hissi duyurlar. Psixoloq da ilk növbədə bunu aradan qaldırmalı və şəxsin güvən problemini həll etməyi bacarmalıdır".

Mütəxəssis vurğulayıb ki, psixologiya elmi tam inkişaf etmədiyindən bəzi insanlar psixologiyanın nə olduğunu və psixaterapevtlərin, psixoloqların fərqini tam bilmirlər:

"Bəs psixoloq seansda nə edir? Dinləyərək problemlərimi necə aradan qaldıracaq? Yəni belə suallar yaranır. Hər bir ən ağır patoloji eyni zaman da fiziki xəstəliklərin yaranma mənbəyi psixolojidir. İnsanlar ruhlarına, mənəvi yaralarına önəm vermədiyi üçün basdırılmış psixoloji hal fiziki xəstəlik olaraq üzə çıxır.

Psixi problemli şəxslər məcburiyyətlə seansa yazılaraq terapiyadan müsbət effekt ala bilməzlər. Əvvəlcə, şəxs probleminin var olduğunu anlamalıdır. O, həyatındakı travmaları şəfalandırmağı və özü ilə üzləşməyə hazır olduğu zaman seansa gəlməlidir".

Zəhra Zahidovanın sözlərinə görə, yalnız bu halda düzgün terapiya ilə problemi aradan qaldıra bilər:

"Müalicənin onların həyat keyfiyyətini necə yaxşıladıracağı stressin narahatlığın və ya digər psixoloji simptomların necə azalacağı barədə konkret məlumatların verilməsi insanların seanslara cəlb olunmasına kömək edə bilər".

Pərviz

0