Qadınlar niyə ailələrini tərk edir?

SOSİAL
20:52 / 25.12.2024
73

Zamanla gəlinlərin evdən qaçmasının şahidi oluruq. Ailəli qadın ailəsini, uşağını və uşaqlarını qoyub, gedirlər. 

Sosioloq Fatimə Hacıbəyli Hit.az-a şərhində bildirib ki, bəzən cütlüklər ümumiyyətlə, bir-birləri ilə yollaşmırlar, iqtisadi vəziyyətləri yaxşı olmur, ya da ailəyə kənardan müdaxilələr çox olur:

 “Hamı elə düşünür ki, qadın elə kefindən gedib. Psixoloji zorakılıq – hədələr, təhqir etmək, daim qorxu içində yaşatmaq, aşağılamaqdır. Elə psixoloji zorakılıq var ki, qadının orda qalması mümkünsüz olur. Cəmiyyətin məhv olmaması üçün insanlar özləri bu halalrla mübarizədə maraqlı olmalıdırlar. Azərbaycanda qadınların böyük əksəriyyəti ya arzuladıqları təhsili ala bilmir, ya da ümumiyyətlə, təhsil ala bilmir. Bu da onun böhran şəraitinə uyğunlaşa bilmə qabiliyyətini aşağı salır. Buna görə də  böyük əksəriyyət əlacsızlıqdan problemləri həll etmək əvəzinə, ondan qaçmaq yolunu tuturlar. Bu isə məsələnin həlli deyil. Əksəriyyət daha çox ailə məsuliyyətindən uzaqlaşmağa üstünlük verir”.

Sevinc

0