“Bəzi kişilər qadına deyir ki, sən mənim nazımı çək” - PSİXOLOQ

SOSİAL
22:14 / 25.12.2024
74

“İndi dövr dəyişib. Bəzi kişilər deyir ki, qadın mənim nazımla oynasın ,belə şey olar”.
 
Bu sözləri Hit.az-a münasibət üzrə mütəxəssis Xədicə Hüseynli deyib. 

Onun sözlərinə görə, yenə də kişi xasiyyətli olan şəxslər qalıb:

“Həmin kişiləri özünə cəlb edilməsi üçün qadının edə biləcəyi bir neçə amil və davranış var. Bu amillər, həm daxili, həm də xarici faktorlardan ibarətdir. Əsas olan, özünə güvən və təbii olmağı unutmamaqdır. İnsanların cazibəsini artıran ən mühüm faktorlardan biri özünə güvənməkdir. Özünü yaxşı hiss edən və özünü sevən qadın, xarici dünyaya da özünü müsbət təqdim edir. Özünə güvənən qadın həm fiziki, həm də daxili gözəlliyi ilə daha çox diqqət çəkir. Qadınlar təbii olduqda daha çox cəlb edici görünürlər. Süni davranışlardan qaçmaq və öz şəxsiyyətini olduğu kimi göstərmək qarşı tərəfi daha çox cəlb edər. 

Təbii olaraq, fiziki görünüş də insanları cəlb etməkdə rol oynayır. Bununla belə, xarici görünüşdən çox, özünə qayğı göstərmək və düzgün geyim seçimi ilə rahatlıq və özünə inam hissini göstərmək daha çox əhəmiyyət kəsb edir. Qadın, rahat və özünə uyğun paltarlar geyinərək, özünə hörmətini və tərzini göstərə bilər. Qadının öz həyatına dair hədəfləri və məqsədləri olması da ona cazibədarlıq qatır. Həyatını və kariyerasını sevən, məqsədli bir qadın daha çox cəlb edici olur”.

Murad

0